AZ

Almaniyada minlərlə məktəbli hərbi xidmət qanununa etiraz edib

Bakı. Trend:

Almaniyanın bir sıra şəhərlərində minlərlə məktəbli Bundestaqınölkədə hərbi xidmətin yeni modeli haqqında qanun layihəsini qəbuletməsinə etiraz olaraq nümayişlərdə iştirak edib.

Trend xəbər verirki, bir çox yeniyetmələr məcburi məktəbə davamiyyətinə baxmayaraqdərsdən yayınıblar.

Etiraz aksiyaları “Məktəblərin hərbi xidmətə çağırışa qarşıtətili” şüarı altında keçirilib. Polisin məlumatına görə, təxminən3000 nəfər Berlində Kroytsberq rayonunun küçələri boyunca yürüşedib. Nümayişdə azyaşlı uşaqları olan valideynlər və ibtidai sinifşagirdləri də iştirak edib.

Hamburqda 1700, Dortmundda 1000 və Frankfurt-Mayndə 600-ə yaxıninsan etiraz aksiyalarına qatılıb. Ölkənin cənubu – Haydelberq,Münhen və Ştutqartda da nümayişlər keçirilib.

Nümayişçilər əllərində “Bundesver üçün bir nəfər də yox, birsent də yoxdur”, “Təhsil üçün daha çox, silah üçün daha az” və“Məcburi xidmət olmadan gələcək üçün” kimi şüarlarla yazılmışlövhələr tutublar.

Qeyd edək ki, dekabrın 5-də Bundestaq Almaniyada hərbi xidmətinyeni modeli haqqında qanunu qəbul edib. Almaniyanın müdafiə naziriBoris Pistorius tərəfindən təklif olunan qanun layihəsi gənclərintibbi müayinədən keçməsini və hərbi qeydiyyatın bərpasını tələbedir. Potensial işə qəbul olunanlardan fiziki hazırlığı və AlmaniyaSilahlı Qüvvələrinə qoşulmağa hazır olduqları barədə sorğuanketlərini doldurmaları tələb olunacaq.

Seçilən
52
az.trend.az

1Mənbələr