Almaniya Bundesliqasında 13-cü tura start verilib.
QOL.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.
“Maynts” öz meydanında Münhenqladbax “Borussiya”sını qəbul edib. Görüşün taleyini avtoqol həll edib.
“Maynts” - “Borussiya” (Münhenqladbax) - 0:1
Qol: da Kosta, 58-avtoqol
Bu qələbə sayəsində xallarının sayını 16-a çatdıran “Borussiya” turnir cədvəlində 9-cu pilləyə yüksəlib. “Maynts” isə əvvəlki kimi 6 xalla sonuncu – 18-cidir.