AZ

Öncə azlıqda qaldılar, sonra uduzdular, indi də... 510 manatlıq QƏRAR

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda 1-ci liqa ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Mingəçevir” – “Baku Sportinq” oyununda Mingəçevir komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilib.

“Mingəçevir” – “Baku Sportinq” oyununun 75-ci dəqiqəsində “Mingəçevir”in 32 nömrəli futbolçusu Rəhim Cəfərli rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 300 manat cərimə edilib.

Seçilən
28
sportinfo.az

1Mənbələr