AZ

“Qarabağ” başqa, “Turan” başqa...

“Turan Tovuz”un cari mövsüm ilk dəfə doğma arenada heç-heçə etməsi diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, əvvəlki ev oyunlarının 3-də qələbə qazanan və 2-də məğlub olan tovuzlular geridə qalan turda “Neftçi” ilə qolsuz bərabərə qalıb.

“Qarabağ” isə doğma azarkeşləri önündə ardıcıl 3-cü dəfə 2:0 hesablı qələbə qazanıb.

10-cu turda “İmişli”, 11-ci turda “Neftçi”nin qapısından 2 cavabsız top keçirən ağdamlılar “Karvan-Yevlax”a da eyni aqibəti yaşadıb.

2-ci tura təsadüf edən ilk ev matçında “Sumqayıt”a yenilən “Qarabağ” həmin vaxtdan bəri doğma məkanda keçirdiyi 7 qarşılaşmanın 5-də qələbə qazanıb, 2-də rəqibləri ilə sülh bağlayıb.

Seçilən
26
sportinfo.az

1Mənbələr