AZ

Yağışlı və dumanlı şənbə...

ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-10, gündüz 12-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 faiz, gündüz 65-70 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 13-17 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

Q.ƏLİYEVXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
121
12
xalqqazeti.az

10Mənbələr