AZ

ABŞ Ali Məhkəməsi Trampın doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdıran sərəncamını nəzərdən keçirəcək

Bakı. Trend:

ABŞ Ali Məhkəməsi prezident Donald Trampın doğum hüququ iləvətəndaşlığı məhdudlaşdıran icra sərəncamının qanuniliyiniqiymətləndirəcək.

Trend xəbər verirki, bu barədə məhkəmənin açıqlamasında bildirilib.

Məhkəmə Trampın icra sərəncamının konstitusiyaya uyğunluğununnəzərdən keçirilməsi tələbinə baxmağı qəbul edib. Dinləmə tarixihələ müəyyən olunmayıb. “Politico”nun məlumatına görə, mahiyyətiüzrə dinləmə çox güman ki, 2026-cı ilin aprelində başlayacaq vəqərarın iyunun sonuna qədər verilməsi gözlənilir.

Qeyd edək ki, iyul ayında Kaliforniyanın San-Fransiskoşəhərindəki apelyasiya məhkəməsi Trampın doğum hüququ iləvətəndaşlığı məhdudlaşdıran sərəncamını ləğv edib və konstitusiyayazidd sayıb. Əvvəlki aşağı məhkəmələr sərəncamın tətbiqinibloklamışdılar, lakin iyunun sonunda Ali Məhkəmə onların bunu etməkhüququnu məhdudlaşdırıb.

Seçilən
41
az.trend.az

1Mənbələr