BAKI, 6 dekabr. TELEQRAF
Fransa prezidenti Emmanuel Makron Ukrayna ilə bağlı ABŞ-Avropa münasibətlərində heç bir etimadsızlığın olmadığını bildirib. Onun açıqlaması “Der Spiegel”in sızdırılmış telefon danışığına dair iddiasından bir gün sonra səslənib.
Teleqraf xəbər verir ki, Çində jurnalistlərlə danışan Makron deyib ki, Amerikalılarla avropalıların Ukrayna məsələsində birliyi vacibdir və Vaşinqtonun sülh səylərini dəstəklədiklərini vurğulayıb.
“Der Spiegel”in məlumatına görə, Makron və Almaniya kansleri Fridrix Mers gizli danışıqda ABŞ-nin Ukraynanı ərazi məsələsində yarı yolda qoya biləcəyi barədə narahatlıq ifadə ediblər. Makron bu məlumatları qəti şəkildə təkzib edib: “Hər şeyi inkar edirəm”.