Bakı. Trend:
“Araz-Naxçıvan” futzal üzrə Çempionlar Liqasının 1/8 finalmərhələsində Portuqaliyanın “Benfika” komandası ilə cavab görüşünəçıxıb.
Trend xəbər verirki, Lissabonda, “Pavilyao Fidelidade” arenasında keçirilən oyunNaxçıvan təmsilçisinin 2:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
“Benfika”nın qollarını İqor de Souza (9:24), Andre Koelho(28:57) və Anilton Silva (34:28, 35:40) vurub. “Araz-Naxçıvan”ınheyətində isə Luicci Lonqo (35:52) və Ədalət Ələkbərov (39:40)fərqləniblər.
Matçı Serbiyadan olan hakimlər briqadası idarə edib.
Xatırladaq ki, Bakıda keçirilən ilk görüşdə “Benfika” 9:0 hesabıilə qalib gəlmişdi.