Bakı. Trend:
Bundestaqın bugünkü iclasında Almaniyanın miqrasiya siyasəti iləbağlı qanuna bir sıra mühüm dəyişikliklər təsdiqlənib.
Trend xəbər verirki, qəbul edilmiş düzəlişlər hökumətin miqrasiya siyasətini daha dasərtləşdirir.
Yeni qaydalara əsasən, hökumət bundan sonra Bundesratıntəsdiqinə ehtiyac olmadan ölkələri “təhlükəsiz mənşə ölkələri” kimitəsnif edə biləcək. Bu isə həmin ölkələrdən gələn şəxslərindeportasiyasını xeyli asanlaşdıracaq. Addımın məqsədi əsassızsığınacaq müraciətlərinin qarşısını almaq və Miqrasiya və Qaçqınlarİdarəsində (BAMF) prosedurları sürətləndirməkdir.
Dəyişikliyə uyğun olaraq, təhlükəsiz mənşə ölkələrindəngələnlərin sığınacaq ərizələri daha çox “açıq-aşkar əsassız” kimiqiymətləndiriləcək.
Qanun layihəsinə hökumət koalisiyasındakı partiyalarla yanaşı,Almaniya üçün Alternativ Partiyası (AfD) də dəstək verib. Yaşıllarvə Sol partiya isə dəyişikliklərə qarşı çıxıb. Eyni paketçərçivəsində deportasiya edilə biləcək şəxslərə dövlət hesabınavəkil təyin edilməsi hüququnun ləğvi də nəzərdə tutulur. Bundanbaşqa, vətəndaşlığa qəbul zamanı qəsdən yanlış məlumat verənşəxslər üçün on illik qadağa tətbiq olunacaq.