Bakı. Trend:
ABŞ Dövlət Departamenti Danimarkaya AIM-120C-8 orta mənzillihava-hava raketlərinin satışını, ümumi dəyəri 730 milyon dollarolmaqla, təsdiqləyib.
Trend xəbər verirki, məlumat hökumətlərarası müqavilələr çərçivəsində xaricə hərbitexnika və silah tədarükündən məsul olan Pentaqonun TəhlükəsizlikƏməkdaşlıq Agentliyi tərəfindən yayımlanıb.
Bəyanata əsasən, Danimarka hakimiyyəti əvvəllər ABŞ-dan 200raket və əlaqəli avadanlıq almaq istəyib. Sənəddə qeyd olunub ki,təklif olunan satış NATO müttəfiqinin təhlükəsizliyini artırmaqlaABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğunolacaq. ABŞ tərəfi hesab edir ki, Danimarkaya raket satışı həminölkənin qüvvələrinin ABŞ Hərbi Hava Qüvvələri və digər NATO üzvdövlətləri ilə qarşılıqlı fəaliyyətini gücləndirəcək. RTXKorporasiyasının əsas podratçı olması nəzərdə tutulur.
ABŞ administrasiyası artıq Konqresi potensial satış barədəməlumatlandırıb. Qanunverici orqan müqaviləni nəzərdən keçirmək vəonu təsdiqləyib-təsdiqləməmək üçün 30 gün müddətinə malikdir.