Bakı. Trend:
ABŞ Dövlət Departamenti Livana dəyəri 90,5 milyon dollar olanorta sinif taktiki nəqliyyat vasitələrinin mümkün satışınıtəsdiqləyib.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinə bağlıMüdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi (DSCA), Livana mümkünhərbi satışla bağlı açıqlama yayıb.
Açıqlamada, dəyəri 90,5 milyon dollar olan orta sinif taktikinəqliyyat vasitələri və onlara aid avadanlıqların satışının, LivanSilahlı Qüvvələrinin mövcud və gələcək təhdidlərlə mübarizəqabiliyyətini artıracağı, həmçinin terrorla mübarizə tədbirlərinieffektiv şəkildə həyata keçirməsinə imkan verəcəyi bildirilib.
Açıqlamada qeyd edilib ki, sözügedən satış ABŞ-nin xaricisiyasət və milli təhlükəsizlik hədəflərini dəstəkləyir. SatışınLivanı Yaxın Şərqdə “siyasi sabitlik və iqtisadi inkişaf üçün mühümtərəfdaş” kimi daha da gücləndirəcəyi vurğulanıb.