AZ

Yermakın ofisində əcaib əşyalar tapıldı

Ukraynada Andrey Yermakın ofisində aparılan axtarışlar zamanı külli miqdarda gizli əşyalar aşkar edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Zelenskiyə yaxın ukraynalı bloqçu İqor Laçenkov özn "Telegram" kanalında məlumat yayıb.

Axtarışlar zamanı Andriy Yermakın evində vudu kuklası, çoxlu güzgülər, ritual əşyalar, çoxlu qəribə ikona və bilərziklər aşkar edilib.

Laçenkov qeyd edib ki, Yermak “tarot, numerologiya, astrologiya və qara magiya həvəskarıdır”.

Bloqçunun sözlərinə görə, bu, zarafat deyil: “hamı şokda idi”, çünki bu cür tapıntılar əvvəllər heç vaxt görülməyib.

Daha əvvəl Ukraynanın “Zerkalo Nedeli” nəşri öz mənbələrinə istinadən xəbər vermişdi ki, Yermak Ukrayna Xarici Kəşfiyyat Xidmətinə (SVRU) baş çəkib, jurnalistlərin fikrincə, onn sərhədi keçməsi ilə bağlı sənədlər hazırlanıb.


Telegram kanalımız
Seçilən
178
3
yenisabah.az

4Mənbələr