AZ

Neymarın karyerasını harada davam etdirəcəyi məlum oldu

BAKI, 6 dekabr. TELEQRAF

Braziliyanın “Santos” klubu ulduz futbolçu Neymar və onun nümayəndələri ilə müqavilənin uzadılması barədə ilkin danışıqlara başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Foot Mercato” nəşri məlumat yayıb.

Klub müqaviləsi ilin sonunda başa çatacaq 33 yaşlı hücumçu ilə ən azı daha bir mövsüm davam etmək niyyətindədir. Tərəflər şərtlərin müzakirəsini yaxın vaxtlarda tamamlayacağına ümid edir.

Xatırladaq ki, Neymar yanvarda “Al-Hilal”dan ayrılıb azad agent kimi bazara çıxandan sonra “Santos”a qayıdıb.

Seçilən
51
teleqraf.com

1Mənbələr