AZ

Türkmənistan-Avropa İttifaqı münasibətləri müzakirə edildi

BAKI, 6 dekabr. TELEQRAF

Türkmənistan xarici işlər naziri Rəşid Meredov Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər ikitərəfli gündəliyin geniş spektrini müzakirə edərək, Aİ-Türkmənistan formatında mövcud qarşılıqlı fəaliyyət mexanizmlərinin vacibliyini vurğulayıblar.

Dekabrın 12-də Aşqabadda keçiriləcək Beynəlxalq Sülh və Etimad Forumuna hazırlıq işlərinə xüsusi diqqət yetirilib.

Seçilən
141
teleqraf.com

1Mənbələr