ain.az, Fanat portalına istinadən məlumat yayır.
Bu gün Misli Premyer Liqasında 14-cü tur start götürəcək.
Fanat.Az xəbər verir ki, ilk gündə bir oyun baş tutacaq.
Lider “Qarabağ” rəqib meydanında ən yaxın təqibçisi “Zirə” ilə qarşılaşacaq. "Qartallar" qələbə qazanacaqları halda, zirvəyə şərik olacaqlar.
Qeyd edək ki, “Karvan” – “Şamaxı” matçı sabah, “Qəbələ” – “Turan Tovuz” və “Sabah” – “Neftçi” oyunları 8 dekabrda, “Araz-Naxçıvan” – “Kəpəz” və “Sumqayıt” – “İmişli” görüşləri isə 9 dekabrda keçiriləcək.
Misli Premyer Liqası
14-cü tur
6 dekabr
“Zirə” – “Qarabağ”
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
Zirə İdman Kompleksinin stadionu, 17:00.
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.