AZ

Tramp DÇ-2026-dakı favoritini açıqlayıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

ABŞ Prezidenti Donald Tramp futbol üzrə 2026-cı il dünya çempionatının əsas favoritini açıqlayıb.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“İspaniya şübhəsiz ki, favoritlərdəndir. Bu, əla komandadır və həmişə belə olub. Mən İspaniyanın böyük azarkeşiyəm, bu ölkəni sevirəm. Düşünürəm ki, onların mundialda çox yaxşı şansları var”, – deyə, Tramp bildirib.

Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə tarixdə ilk dəfə olaraq 48 yığma mübarizə aparacaq. Mundial 11 iyun – 19 iyul tarixlərində təşkil olunacaq.

Seçilən
30
11
turkic.world

10Mənbələr