Bakı.Trend:
Bu ilin noyabr ayında Bakının bütün rayonlarında qeyri-yaşayışobyektlərinin orta qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədəartıb.
Bu barədə Trend-ə "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti"İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.
Onun sözlərinə görə, ən yüksək bahalaşma və qiymət səviyyəsiNərimanov rayonunda qeydə alınıb. Həmin rayonda qeyri-yaşayışobyektlərinin bir kv.metrinin orta qiyməti 5041 manat təşkil edibki, bu da ötən ilin eyni ayındakı göstərici ilə müqayisədə 25,8%çoxdur.
Paytaxtın Yasamal rayonunda da qeyri-yaşayış obyektlərininqiymətlərində yüksək artım müşahidə olunub. Bu rayonda noyabrdahəmin tipli obyektlərin bir kv.metrinin orta qiyməti 7803 manatabərabər olub (+24,7%).
Səbail və Nəsimi rayonları da qeyri-yaşayış obyektləri yüksəkgöstəricilərlə seçilib. Səbaildə orta qiymət 8034 manat (+ 18,4% ),Nəsimidə isə 5092 manat (+ 22,3% ) təşkil edib.
Noyabrda qeyri-yaşayış obyektlərinin bir kv.metrinin ortaqiyməti Xətai rayonunda 6021 manat (+ 10,2%), Nizami rayonunda 4061manat (+ 17,3%), Binəqədi rayonunda 3536 manat (+ 9%), Sabunçurayonunda 4564 manat (+ 13,4%), Xəzər rayonunda 2241 manat (+11,3%), Suraxanı rayonunda 3033 manat (+ 7,3%), Qaradağ rayonunda2094 manat (+ 9,3%), Pirallahı rayonunda isə 2023 manat (+ 3,4%)olub.
Beləliklə, rəqəmlərdən də göründüyü kimi 2025-ci ilin noyabrayında Bakının bütün rayonlarında qeyri-yaşayış obyektlərininqiyməti artıb.
