AZ

Rusiyanın Ukraynaya genişmiqyaslı hava hücumu: Yaralılar var və qatarların istiqaməti dəyişdirilib

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiya işğalçı qüvvələri ötən gecə Ukraynanın müxtəlif bölgələrinə kütləvi hava hücumları həyata keçirib. Bütün ölkə üzrə hava həyəcanı siqnalı elan olunub. Artıq yaralılar və dəmir yolu infrastrukturuna ciddi ziyan dəyməsi barədə məlumatlar var.

Bizimyol.info xəbər verir ki, Hərbi Hava Qüvvələrinin verdiyi məlumata görə, hücumlarda həm pilotsuz uçuş aparatları, həm də raketlərdən istifadə olunur. Dron hücumları demək olar ki, bütün regionlarda qeydə alınır. Bundan əlavə, Rusiya ordusu strateji bombardmançı təyyarələrdən kruiz raketləri buraxıb.

Lutsk meri İqor Polişçuk bildirib ki, şəhərin hava hücumundan müdafiə sistemi dron hücumlarına cavab verir. Bir qədər sonra o, şəhərdə partlayış baş verdiyini açıqlayıb. Şəhərin bir məhəlləsində yerləşən ərzaq anbarları yanıb.

Hərbi Hava Qüvvələrinin açıqlamasına görə, raketlər hazırda Kiyev vilayəti də daxil olmaqla ölkənin qərb istiqamətinə doğru hərəkət edir.

Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Nikolay Kalaşnikin sözlərinə görə, bölgədə artıq üç nəfərin yaralandığı məlumdur. Vışqorod rayonunda iki qadın xəsarət alıb: 1979-cu il təvəllüdlü qadın xəstəxanaya yerləşdirilib, 40 yaşlı digər qadın isə yanağından kəsik yarası alıb.

Fastivdə yaralanan digər şəxs — 1983-cü il təvəllüdlü kişi — xəstəxanaya yerləşdirilməkdən imtina edib.

Xatırladaq ki, 28 noyabrda rus ordusunun Dnepropetrovsk vilayətinə endirdiyi hücum nəticəsində iki nəfər həlak olmuş, daha iki nəfər yaralanmışdı.

Bundan bir həftə əvvəl isə düşmən həm pilotsuz uçuş aparatları, həm də raketlərdən istifadə etməklə mühüm infrastruktur obyektlərinə genişmiqyaslı zərbələr endirmişdi. O zaman Hərbi Hava Qüvvələri hücumun əsas hədəfinin Kiyev vilayəti olduğunu bəyan etmişdi.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
icma.az

1Mənbələr