AZ

Pakistan və Əfqanıstan arasında atəşkəs pozulub – KİV

Bakı . Trend:

Pakistan-Əfqanıstan arasında atəşkəs yenidən pozulub. Çəmənsərhəd-nəzarət buraxılışı yaxınlığında tərəflər arasındaartilleriya vasitələrindən istifadə ilə toqquşmalar var verib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

“Dawn” nəşrinin yazdığına görə, atəşkəsi ilk pozan əfqanhərbçiləri olub, belə ki, onlar Pakistan ərazilərini minaatanlardanatəşə tutublar. Qarşı tərəfin – Əfqanıstan hökumətinin rəsmisiZabihulla Mücahid isə əfqan hərbçilərin ölkənin Qəndahar əyalətininSpin-Boldağ dairəsinə hədəflənmiş zərbələrə cavab verdiklərinibildirib.

Nəşrin mənbəsinə görə, silahlı toqquşma yerli vaxtla 22:00-dabaşlayıb və səhər saatlarına kimi davam edib. Pakistan tərəfdənxəstəxanaya 3 yaralı daxil olub. Ölən yoxdur.

Xatırladaq ki, oktyabr ayında iki ölkə arasında yaşanan silahlımünaqişədən sonra elə həmin ay Qətər və Türkiyənin vasitəçiliyi ilətərəflər barışıq və atəşkəs haqda razılığa gəlmişdilər.

Məqalədə:
Seçilən
55
az.trend.az

1Mənbələr