futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Mançester Yunayted”in sabiq futbolçusu Cessi Linqard “Seul” klubundan ayrılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Cənubi Koreya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçi dekabrın 10-da “Melburn”a qarşı keçiriləcək Asiya Çempionlar Liqası matçında sonuncu dəfə “Seul” forması geyinəcək.
Linqard 2024-cü ildən bu komandada çıxış edirdi. O, 66 oyunda 18 qol vurub.
“Mançester Yunayted”in yetirməsi olan yarımmüdafiəçi “qırmızı şeytanlar”da 232 matça çıxıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.