AZ

Ançelotti Neymarı hansı halda DÇ-2026-ya aparacağını dedi

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarı hansı halda DÇ-2026-ya aparacağını açıqlayıb.

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssisin sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi X hesabı üzərindən belə çatdırıb:

"Heyəti mayda açıqlayacağam. Hələ dekabrdır. Həmin vaxt Neymar sağlam, oynamağa hazır, başqaları ilə eyni səviyyədə və ya onlardan üstün olsa, dünya çempionatına gedəcək". 

Qeyd edək ki, Braziliya yığması Mərakeş, Şotlandiya və Haiti ilə birlikdə C qrupunda yer alıb.

Nihat

Seçilən
37
1
fanat.az

2Mənbələr