ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
"Cebheinfo.az" Musavat.com-a istinadən xəbər verir ki, Türkiyədə saxlanılan Azərbaycan müxalifətçisi Gültəkin Hacıbəyli məsələsi gözlənilmədən Ankara siyasi gündəminə daşınıb. Xəbər sosial-siyasi dairələrdə rezonans doğuran məqam ondadır ki, deportasiya proseduru ilə üzləşən Hacıbəylinin müdafiəsinə PKK-nın siyasi uzantısı kimi tanınan DEM Partisi çıxıb. Bu partiyanın deputatı Ömər Faruk Gergerlioğlu TBMM-də məsələ qaldıraraq Hacıbəylinin saxlanılmasının hüquqi əsaslarının açıqlanmasını tələb edib.
Gergerlioğlu təqdim etdiyi sorğuda G-82 təhlükə kodunun hansı səbəblə tətbiq edildiğini, deportasiya prosesinin hüquqi bazasını və Türkiyə hökumətinin bu qərara dair motivlərini rəsmi şəkildə sorğulayıb. Bu isə diqqəti DEM Partisinin mövqeyinə və məsələyə aktiv müdaxiləsinə yönəldib.
DEM Partisi – PKK xəttinin siyasiləşmiş forması və Azərbaycana qarşı tarixi mövqe
Musavat.com-un araşdırması göstərir ki, DEM Partisi Türkiyənin etnik-separatçı sol müxalifətinin siyasi forması hesab olunur və əvvəlki HDP xəttinin davamıdır. Bu qüvvə illərdir PKK ilə ideoloji yaxınlığına görə mühafizəkar və milli çevrələr tərəfindən sərt tənqid olunur.
Partiyanın fəaliyyəti xüsusilə Qarabağ müharibələrinin müxtəlif mərhələlərində Bakı ilə deyil, İrəvanın mövqeyinə yaxın çıxış etməsi ilə yadda qalıb. DEM/HDP sıralarında olub parlamentə düşən kürd və erməni deputatların böyük əksəriyyəti Azərbaycanın mövqelərini dəstəkləməyib, əksinə, Ermənistanın iddialarına arxa çıxıb.
Belə bir platformanın indi Azərbaycan müxalifətinin tanınmış simalarından birinə – Gültəkin Hacıbəyliyə dəstək verməsi siyasi sferada “təsadüfdən çox mesajdır” suallarını aktuallaşdırır.
Məsələnin diqqətçəkən tərəflərindən biri də müraciətin müəllifi Ömər Faruk Gergerlioğludur. O siyasi fəaliyyətinin bütün mərhələlərində hakimiyyətə qarşı sərt mövqedə dayanıb, KHK-lıların müdafiəsi, etnik və hüquq məsələlərində aktivliyi ilə sol müxalifətdə tanınıb.
Gergerlioğlunun TBMM-də Hacıbəyli ilə bağlı rəsmi sorğu qaldırması DEM Partisinin bu məsələyə birbaşa müdaxilə etdiyini göstərir.
Xatırlatma – Hacıbəylinin saxlanması “Mehdiyev işi” ilə əlaqələndirilir
Qeyd edək ki, Gültəkin Hacıbəyli ötən ay İstanbulda saxlanılıb və Arnavutköy Geri Göndərmə Mərkəzinə yerləşdirilib. Onun Azərbaycana təhvil verilə biləcəyi bildirilir.
Hacıbəyli Azərbaycan hüquq-mühafizə orqanlarının araşdırdığı genişmiqyaslı “Mehdiyev işi” üzrə şübhəli şəxslərdən biri sayılır. Bu iş 2013–2025-ci illər arasında Milli Şura platformasının, Rusiyanın regiondakı təsir şəbəkələrinin və hakimiyyət daxilindəki müəyyən qrupların əlaqələrinin araşdırılması ilə bağlıdır. Hazırda həm iqtidar, həm də müxalifət qanadından həbslər aparılır.
Bu fonun üzərinə DEM Partisinin müdaxilə jesti əlavə olunanda siyasi mənzərə daha da maraqlı şəkil alır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.