ABŞ Dövlət Departamenti 730milyon dollar dəyərindəki AIM-120C-8 AMRAAM raketlərinin Danimarkaya satışını təsdiqləyib.
Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.
Bildirilib ki, sifarişə 200 ədəd “hava-hava” tipli AIM-120C-8 raketinin və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.
Sifarişin əsas podratçısı ABŞ-ın “RTX Corporation” şirkəti olacaq.