AZ

“Roma”, “Milan” və “Yuventus” 25 yaşlı futbolçu üçün mübarizəyə girdi

BAKI, 6 dekabr. TELEQRAF
İspaniyanın “Atletiko Madrid” klubunun futbolçusu Cakomo Raspadori karyerasınıİtaliya çempionatında davam etdirə bilər.

Teleqraf xəbər verir ki, 25 yaşlı hücumçuya “Roma” maraq göstərir.

Bundan əlavə, futbolçu uğrunda “Milan” və “Yuventus” da futboçunu transfer etmək niyyətindədir.

Transfermarkt portalı isə italiyalı futbolçunun hazırkı dəyərini 25 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, Raspadori bu ilin avqustunda “Napoli”dən “Atletiko Madrid”ə transfer edilib. Cari mövsümdə Cakomo Raspadori Madrid təmsilçisinin heyətində 11 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
27
teleqraf.com

1Mənbələr