Bakı. Trend:
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsininHədəf Mərkəzi tərəfindən tətbiq olunan müasir risk analizləri,rəqəmsal hədəfləmə alqoritmləri və real-vaxt nəzarət sistemlərihesabına xüsusilə külli miqdarda dərman vasitələrinin qaçaqmalçılıqyolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Trend xəbərverir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Hədəf Mərkəzinin analitik platforması tərəfindənTürkiyə Respublikasından Azərbaycana “kartof” yükü gətirənnəqliyyat vasitəsinin marşrutdan kənarlaşması, yük məlumatlarındauyğunsuzluqlar aşkar olunub və Tovuz Gömrük İdarəsinin “QırmızıKörpü” gömrük postu üzrə nəzarətə götürülüb.
Aparılan koordinasiyalı tədbirlər nəticəsində nəqliyyatvasitəsinin yeri müəyyənləşdirilib və ilkin baxış zamanı yük yerinəqanunsuz müdaxilə faktı aşkarlanıb.
Mobil qrup tərəfindən həyata keçirilən gömrük nəzarətitədbirləri zamanı “kartof” yükünün içərisində gizlədilən vəqaçaqmalçılar tərəfindən nəqliyyat vasitəsindən boşaldılmağa cəhdgöstərilən karton qutular saxlanılıb.
Karton qutulara keçirilən baxış zamanı, ümumilikdə 90 adda 22min ədəd dərman preparatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Diqqət
Dövlət Gömrük Komitəsi bildirir ki, dərman vasitələrininqanunsuz yolla gömrük sərhədindən keçirilməsi insanların həyat vəsağlamlığı üçün böyük təhlükə yarada bilər və bu cür qanunsuzhərəkətlər yolverilməzdir, onların qarşısı ən ciddi şəkildəalınmaqla bu əməlləri törədən şəxslər müvafiq məsuliyyətə cəlbediləcəklər.