AZ

PSJ-nin istədiyi futbolçu ilə müqavilə uzadıldı

style='margin-bottom:10px;'>

“Lill”  18 yaşlı yetirməsi Ayub Buaddiylə müqaviləni uzadıb.

QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Ayubla yeni müqavilə 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Əvvəlki razılaşma isə 2027-ci ilin yayınadək idi.

Gənc yarımmüdafiəçi cari mövsüm Liqa 1 və UEFA Avropa Liqasında 18 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib. Buaddi Fransanın gənclərdən ibarət millisində 72 oyun keçirib.

Qeyd olunur ki, əvvəlcə Buaddiyə Fransanın çempionu PSJ və İngiltərənin “Çelsi” klubu maraq göstərirdi.

Seçilən
90
1
teleqraf.com

3Mənbələr