Metbuat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Türkiyə çempionatının 15-ci turunda oynanılan “Qalatasaray” - “Samsunspor” matçı müzakirələrə səbəb olub.
Metbuat.az xəbər verir ki, qonşu ölkənin futbol mütəxəssisləri qarşılaşmanın son dəqiqələrində “Qalatasaray” əleyhinə 11 metrlik cərimə zərbəsinin verilmədiyini iddia edirlər. Onların fikrincə, matçın hakimi Mehmet Türkmen tərəfsizliyini pozaraq, sarı-qırmızılı klubun qələbəsini təmin edib.
“Qalatasaray”ın əzəli rəqibi “Fənərbaxça”nın rəsmiləri də hakimin qərarından narazı qalıblar. “Fənərbaxça” prezidenti Sadettin Saran oyundan dərhal sonra yazılı açıqlama yayıb. Saran bu cür halların insanları futboldan iyrəndirdiyini bildirib.
“Fənərbaxça” prezidenti Türkiyə Futbol Federasiyasının sədri İbrahim Hacıosmanoğluna müraciət edib. Sadettin Saran “Qalatasaray”ın meydandan 3 xalla ayrıldığı matçda hakim tərəfindən verilən qərarların araşdırılmasını tələb edib.
Saran təkcə mərkəz deyil, VAR hakimindən də şikayətçi olduqlarını bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.