AZ

Qaxda qoyun otararkən özünü güllələdi

Qax rayon sakini ehtiyatsızlıqdan ov tüfəngi ilə özünü yaralayıb.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə rayonun Baydarlı kəndi ərazisində baş verib.

Belə ki, 46 yaşlı Rasim Məmmədov kənd ərazisində qoyun otararkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb.

Yaralı dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, ondan müvafiq sənədləri olan ov tüfəngi götürülüb.

Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

Seçilən
56
11
nocomment.az

10Mənbələr