AZ

Bavariya nın baş məşqçisi: 2026 cı il onun ili ola bilər

ain.az, sport24.az portalına istinadən məlumat verir.

"Bavariya"nın baş məşqçisi Vinsent Kompani komandanın yarımmüdafiəçisi Camal Musialanın durumu ilə bağlı danışıb. Sport24.az xəbər verir ki, o, bununla bağlı "Bayern & Germany" qəzetinə açıqlama verib: 

"Camalın sıraya dönməsi Deyvislə müqayisədə bir qədər uzun çəkəcək. Amma hər şey qaydasında gedir. Miladdan əvvəl bir neçə məşqə çıxmalıdır. 2026-cı il onun ili ola bilər".

Qeyd edək ki, Musiala ötən yay Klublararası Dünya Kubokunun 1/4 finalında PSJ ilə oyunda (0:2) fibula sümüyünü sındırmışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
sport24.az

1Mənbələr