AZ

Dünən Bakı küçələri… – 1 gündə iflic olan paytaxt – VİDEOFAKT

Dünən Bakıda yağan yağış bir sıra çətinliklər yaradıb.

NOCOMMENT.az bildirir ki, yağış suları həm piyadaların, həm də nəqliyyatın hərəkətində problemlərə səbəb olub. Yolboyu axan sel sürücülər üçün təhlükə törədib. Həmçinin piyadalar bu vəziyyətdən xeyli əziyyət çəkiblər.

Bir gün yağan yağış yolları suya qərq edib. Bu səbəbdən Bakıda nəqliyyat iflic olub.

Qeyd edək ki, noyabrın 26-da qış mövsümünə hazırlıqla bağlı Bakının rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun mövsümə və xüsusilə qarlı havalara hazırlıq tədbirləri başa çatıb. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidməti məlumat yaymışdı.

Məlumatda qeyd olunmuşdu ki, şəhərin və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, əlavə tədbirlər görülüb. Görülən işlərə nəzarət məqsədi ilə BŞİH hər bir rayona cavabdeh şəxs təyin edib.

Dünən Bakıda yaranmış mənzərəni əks etdirən kadrları təqdim edirik:


Seçilən
40
nocomment.az

1Mənbələr