AZ

Türkiyədə fabrikdə baş verən güclü yanğının GÖRÜNTÜLƏRİ

Türkiyədə plastik məhsulların istehsal edildiyi fabrikada yanğın olub.

BAKU.WS xəbər verir ki, yanğın səhər saat 7:30 radələrində Tuzlanın Tepeören məhəlləsindəki fabrikada baş verib.

Naməlum səbəbdən başlayan yanğın müəssisənin daxilindən sürətlə yayılaraq bütün ərazini bürüyüb.

Əraziyə ətraf rayonlardan çoxsaylı yanğınsöndürənlər cəlb edilib.

Bir müddət sonra yanğın nəzarət altına alınıb.

Seçilən
97
far.az

1Mənbələr