Zaqatalada avtomobil 57 yaşlı qadını vuraraq öldürüb.
KONKRET.az xəbər verir ki, hadisə bu gün səhər Zaqatala-Muğanlı avtomobil yolunda, Aşağı Tala kəndi ərazisində baş verib. Rövşən Hazmanovun idarə etdiyi “VAZ-21099” markalı avtomobillə Aşağı Tala kənd sakini 1968-ci il təvəllüdlü Dilbər Osmanova vurulub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.