AZ

ARDNF aktivləri 2029-cu ilə qədər Azərbaycanın xarici borcunu üstələyəcək - S&P

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF)aktivləri 2029-cu ilə qədər ölkənin ümumi xarici borcunuüstələyəcək və bu dövrdə xalis beynəlxalq investisiya mövqeyininorta göstəricisi ÜDM-in təxminən 76 faizini təşkil edəcək.

Trend xəbər verirki, bu barədə “S&P Global Ratings” hesabatıda qeyd olunur.

“Azərbaycanın xarici balansı onun kredit dayanıqlığının əsasamillərindən biri olaraq qalır ki, buna ARDNF-də toplanmışəhəmiyyətli valyuta aktivləri dəstək verir. Bu ehtiyatlar xaricişoklar əleyhinə ciddi qoruyucu rol oynayır. Gözləyirik ki, likvidxarici aktivlərin həcmi ölkənin xarici borcu səviyyəsindən ən azı2028-ci ilin sonuna qədər yüksək qalacaq və 2025–2028-ci illərdəxalis beynəlxalq investisiya mövqeyi orta hesabla ÜDM-in təxminən76 faizini təşkil edəcək. Hərçənd ki, iqtisadiyyat xarici ticarətşərtlərinin dəyişkənliyinə qarşı həssas olaraq qalır, Azərbaycanınxalis xarici mövqeyinin miqyası qiymət dövrlərindəki mənfitəsirlərin xarici likvidlik və bütövlükdə iqtisadiyyat üzərindəkiyükünü əhəmiyyətli dərəcədə yumşaltmalıdır. Proqnozlaşdırırıq ki,cari hesab 2025–2028-ci illərdə ÜDM-in orta hesabla təxminən 3faizi səviyyəsində qalacaq və 2028-ci ildə hidrokarbon hasilatınınsabitləşməsi və investisiya tələblərinin artması fonunda kiçikkəsirə keçəcək”,-“ S&P”nin hesabatında deyilir.

Agentliyin analitikləri bildirirlər ki, hazırkı büdcəmüzakirələri hökumətin 2026-cı ildə mərkəzləşdirilmiş büdcəninÜDM-ə nisbətdə təxminən 2,3 faiz səviyyəsində kəsrə hədəfləndiyinigöstərir.

“Bizim neft qiymətləri üzrə baza proqnozumuz bir qədər dahamühafizəkardır - 2026-cı ildə barrelinə 60 dollar, 2027–2028-ciillərdə isə barrelinə 65 dollar. Bu isə rəsmi proqnozlarlamüqayisədə gəlirlərin azalması baxımından müəyyən risklər yaradır.Bununla belə, gözləyirik ki, 2025–2028-ci illərdə dövlət sektorununkonsolidə olunmuş fiskal mövqeyi profisitli qalacaq və ortagöstərici ÜDM-in 1 faizi səviyyəsində kəsirə uyğun olacaq. Ortamüddətli büdcə çərçivəsi 2029-cu ilə qədər davamlı dövlət büdcəsikəsirləri nəzərdə tutsa da, tarixən bu proqnozlar daha aşağı xərcicrası və ARDNF vəsaitlərinin davamlı toplanması fonundakonservativ olub”,- deyə hesabatda qeyd olunur.

Məqalədə:
Seçilən
33
3
az.trend.az

4Mənbələr