AZ

Maşın da var, ehtiyat hissəsi də: Bu ölkənin məhsulları Azərbaycan bazarını tutur

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2 milyard 169 milyon 147,43 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. Bu, ötən ilin 9 ayı ilə müqayisədə 478 milyon 689 min ABŞ dolları və yaxud 28,32 % çoxdur. Doqquz ay ərzində avtomobil və onların hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 12,94 %-ni təşkil edib.Son vaxtlar avtomobil parkında Çin avtomobillərinin xüsusi çəkisi sürətlə artır. Lakin insanlarda narahatlıq var ki, Çin maşınlarının ehtiyat hissələrinin tapılmasında problemlər yaşana bilər. Əvvəlki dövrlərdə biz sosial şəbəkələrdə bununla bağlı şikayətlər də müşahidə etmişik. Bəs indi bu sahədə vəziyyət necədir?

“Bəzi Çin avtomobillərinin ehtiyat hissələrini tapmaq çətindir”

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyevin sözlərinə görə, ölkəmizdə Çin avtomobillərinin sayı artdıqca, ehtiyat hissələri çatışmazlığı problemi də yaranmağa başladı: “Ekoloji və təmiz nəqliyyat vasitələrinə edilən güzəştlərdən sonra Çin avtomobilləri, xüsusilə elektrik və hibrid modellərin sayında kifayət qədər artım müşahidə olundu. Bu da avtoparkımızın yenilənməsinə gətirib çıxardı. Lakin vacib məsələlərdən biri ehtiyat hissələri problemi idi. Təəssüf doğuran məqamlardan biri ondan ibarət idi ki, rəsmi diler olmayan, yəni fərdi şəxslər tərəfindən gətirilən bəzi Çin avtomobillərinin ehtiyat hissələrini tapmaq çətindir”.

Seçilən
91
publika.az

1Mənbələr