AZ

Qaxda ov tüfəngi ilə ehtiyatsız davranan sakin xəsarət alıb

Qax, 6 dekabr, Rasim İslamoğlu, AZƏRTAC

Ov tüfəngindən ehtiyatsız davranış hadisəsi rayonun Baydarlı kəndinin otlaq sahəsində baş verib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, 46 yaşlı rayon sakini Rasim Məmmədov Baydarlı kəndi ərazisində qoyun otararkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb. Müxtəlif dərəcəli bədən xəsarəti alan sakin Rayon Mərkəzi Xəstəxana yerləşdirilib. Həkimlər onun vəziyyətini qənaətbəxş hesab edir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata əsasən, R. Məmmədovdan müvafiq sənədləri olan ov tüfəngi götürülüb.

Faktla bağlı Qax rayon polis şöbəsində istintaq araşdırmaları aparılır.

Seçilən
111
4
azertag.az

5Mənbələr