AZ

2026-cı ili Zeynəb Xanlarova ilə qarşılayacağıq - 89 yaşlı sənətkar səhnəyə çıxdı

Azərbaycan Dövlət Televiziyası (AzTV) Yeni İl proqramının çəkilişlərini yekunlaşdırıb.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bayram proqramında Azərbaycan və SSRİ Xalq artisti, məşhur müğənni Zeynəb Xanlarova bu dəfə də əsas qonaq qismində çıxış edəcək. 

Xalq artisti Az TV-nin dəvətini qəbul edərək çəkilişlərə qatılıb.

89 yaşlı sənətkar repertuarında yer alan və tamaşaçılar tərəfindən sevilən mahnılarını səsləndirib.

Z.Xanlarova ilə yanaşı ölkənin bir çox məşhur müğənniləri də proqramda səhnə alıblar.

Dövlət televiziyasının Yeni İl proqramının maraqlı olması üçün müxtəlif səhnələr hazırlanıb.

Proqram dekabrın 31-dən 1-nə keçən gecə efirə veriləcək.

Qeyd edək ki, Əməkdar artist Rəşad İlyasov Xalq artisti Zeynəb Xanlarova ilə yeni fotosunu paylaşıb. Foto AzTV-nin Yeni İl proqramının çəkilişi zamanı lentə alınıb. 

Xatırladaq ki, Zeynəb Xanlarova ötən il də Yeni İl axşamı AzTV-də konsert proqramı ilə çıxış etmişdi.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
112
3
yenisabah.az

4Mənbələr