AZ

Mağarada paralel dünyaya portal var

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

Vyetnamın mərkəzindəki rayonların birində, ucqar dağlıq bölgədə yerləşən və dünyanın ən böyük mağarası sayılan Şondonqda elm adamları tamamilə təcrid olunmuş, özünəməxsus ekosistemə malik olan yeni bir ərazi aşkar ediblər.

Reyting.az-ın məlumatına görə, alimlər bildiriblər ki, 2009-cu ilə qədər araşdırılmayan bu sirli mağarada dumanın yaratdığı buludlar və günəş işığının çatdığı yerlərdəki tropik meşələrlə yanaşı, tam qaranlıqda yaşamağa vərdişli endemik canlılar mövcuddur.

5 kilometr uzunluğa, çox nəhəng ölçülərə malik olan Şondonq mağarasında 250-dən çox bitki, həmçinin heyvan növü müəyyən edilib.

Tədqiqatçılar bildiriblər ki, bu cür qeyri-adi, həm də böyük mağarada gözsüz balıqlar, şəffaf xərçəngkimilər və nadir göbələklərin aşkar edilməsi burada çalışanların təəccübünə səbəb olub.

Mütəxəssislərin sözlərinə görə, bəzən ən çox gün işığının düşdüyü hissələrə necə, haradan gəldikləri hələ də aydın olmayan və yaxud "paralel dünyanın portalından" adlamaqla, maneəsiz mağaraya keçə bilən meymunların, quşların asanlıqla bura daxil olması, hətta müəyyən bir müddət ərzində mağarada yaşamalarının sirri indiyədək açılmayıb.

Alimlər qeyd ediblər ki, nəhəng Şondonq mağarasının iri və dəlikli divarları tamamilə daşlaşmış qədim dəniz xərçənglərinin izləri ilə örtülüb. Onun dərinliyində yerləşən 80 metrlik "Vyetnamın Böyük Divarı" adlanan hissə, həmçinin bir çoxları tərəfindən "başqa dünyaya açılan portal" hesab edilən arxa güşə isə hələ də tədqiq olunmayıb.

Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
60
reyting.az

1Mənbələr