AZ

Marselo: “Yamal mənim üçün çətin rəqib olardı”

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Marselo: “Yamal mənim üçün çətin rəqib olardı”

“Real”ın sabiq müdafiəçisi Marselo "Barselona"nın gənc ulduzu Lamin Yamal haqqında fikirlərini bölüşüb.

QOL.az-ın məlumatına görə, braziliyalı oyunçu bildirib ki, əgər zamanları üst-üstə düşsəydi, Yamal ilə eyni cinahda oynamaq onun üçün çətin olardı:

“Bu, mənim üçün problem olardı. Karyeram ərzində mənimlə təxminən bərabər cinah oyunçusu ilə qarşılaşmamışam. Onlar həmişə çox sürətli idilər, amma bu kifayət etmirdi… Lamin Yamal mütləq məni keçərdi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
1
qol.az

2Mənbələr