AZ

Azərbaycanın qonşusunda acınacaqlı durum: Xarici borc artır, iqtisadiyyat çökür

Başa çatmaqda olan ili İran tarixinin bütün sahələrdə - siyasi, hərbi, iqtisadi mənada fəlakət ili kimi xarakterizə etmək mümkündür. İnqilabdan sonrakı 50 il ərzində İran ilk dəfə hərbi fəlakət yaşadı - iyunun 12-də İsrailin hücumu ilə başlayan hərbi əməliyyatlar 24 iyunda atəşkəs razılaşması ilə bitdi. İranın şəhərləri bombalandı,

yüksək rütbəli hərbçiləri evlərindəcə öldürüldü. Cavab tədbirləri də adekvat olmadı. Ardınca da, ABŞ-nin İranın nüvə obyektlərini bombalaması ölkənin nüfuzunun, nüvə silahı yaratmaq ambisiyalarının üstündən xətt çəkmiş oldu. İlin əvvəlindən etibarən siyasi böhranlar, toqquşmalar, yüksələn gərginlik, vəzifədən uzaqlaşdırılmalar, impiçmentlər və ictimai narazılıqlar artdı. İranın vitse-prezidenti, tanınmış islahatçı Məhəmməd Cavad Zərifinin istefası, iqtisadiyyat naziri Abdolnaser Hemmatinin impiçmenti, Tehran Ali Məhkəməsində iki yüksək rütbəli hakimin müəmmalı şəkildə qətlə yetirilməsi daxili böhranın nə qədər ciddi olduğunu göstərdi.

Siyasi mənzərəni formalaşdıran mühüm məqamlar

Seçilən
56
publika.az

1Mənbələr