futbolpress-az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Almanlar 2026-cı ildə keçiriləcək dünya çempionatını izləməkdə maraqlı deyil.
Futbolpress.az xəbər verir ki, bu barədə RTL nəşri məlumat yayıb. Almaniya sakinləri arasında keçirilən sorğuda 58 faiz insan mundialla maraqlanmadıqlarını bildirib. Respondentlərin 41 faizi isə ümumiyyətlə matçlara baxmayacaqlarını bildirib.
ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində keçiriləcək. Almaniya millisi E qrupunda Ekvador, Kurasao və Fil Dişi Sahili yığmaları ilə mübarizə aparacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.