AZ

Türkiyədə ağır yol qəzası - Çox sayda ölən və yaralılar var

Bakı. Trend:

Ötən gecə Türkiyənin Şanlıurfa-Adana avtomobil yolunda Ayranlıtunelindən 2 kilometr aralıda ağır yol qəzası baş verib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, sürücüsü hələ müəyyən edilməmiş sərnişin avtobusueyni istiqamətdə hərəkət edən TIR-a arxadan çırpılıb.

Toqquşma nəticəsində 6 nəfər hadisə yerində dünyasını dəyişib.Yaralanan 11 nəfər təcili tibbi yardım maşınları ilə Osmaniyərayonunun müxtəlif xəstəxanalarına çatdırılıb. Yaralılardan birixəstəxanada həyatını itirib.

Hadisə yerinə çox sayda yanğınsöndürən, tibb personalı, polis vəjandarma briqadaları cəlb olunub. Xilasedicilər uzun səylərdənsonra toqquşmadan sonra avtobusda köməksiz vəziyyətdə qalmışsərnişinləri çıxara biliblər. Hadisə ilə bağlı genişmiqyaslıistintaq aparılır.

Məqalədə:
Seçilən
38
az.trend.az

1Mənbələr