Türkiyənin Osmaniye şəhərində dəhşətli yol qəzası baş verib.
BAKU.WS xəbər verir ki, hadisə şəhırin Bahçe rayonunda qeydə alınıb. İçərisində sərnişinlər olan avtobus TIR-a çırpılıb.
Hadisə yerinə təcili yardımlar cəlb edilib. İlkin məlumatlara görə qəza zamanı 6 sərnişin ölüb, 11-i isə ağır xəsarətlər alıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Onların müalicəsi davam etdirilir.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar araparılır.