Dünən Bahramtepe-Biləsuvar yolunda Avtomobil Yollarının Mühafizəsi Xidməti yük maşınını yolun ortasında saxlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə görüntülər sosial media platformasında paylaşılıb.
Qeyd edilib ki, AYMX avtomobili yük maşının önündə dayanaraq yolu kəsib və sürücüdən sənəd tələb edilib.
“Bu vəziyyət 90-100 km sürət həddi olan yolda arxadan gələn maşınlar üçün böyük təhlükə yaradırdı.
Heç bir xəbərdarlıq nişanı və ya işarə yox idi. Sadəcə sarı işığı yandırmaqla yolu qorumaq olmur…
Bu, qəza yarada biləcək cinayət xarakterli hərəkətdir.
Yolu yalnız Yol Patrul Xidməti saxlaya bilər. Yolların Mühafizəsi Xidməti belə səlahiyyətə malik deyil. Bu halın qarşısı alınmalıdır”, – deyərək şikayətçi etiraz edib.
Videonu təqdim edirik: