AZ

Gənclər texnoloji və yaradıcılıq imkanları vasitəsilə şəhərləri formalaşdırırlar

Bakı, 6 dekabr, Göyçək Mahmudlu, AZƏRTAC

Bizim hər bir şəhər planlaşdırma gündəliyimiz zamanı cəmiyyət və gənclərin ehtiyacları nəzərə alınmalıdır. Şəhərsalma sahəsində, dizayn, energetika səmərəliliyini nəzərə alırıq. Bu da gələcək nəsillər üçün yeni imkanlar yaradacaq.

AZƏRTAC xəbər verir ki, bunu D-8 Gənclər Dialoqunda çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

Gənclərin gələcək memarlar olduğunu qeyd edən komitə sədri onların texnoloji və yaradıcılıq imkanları vasitəsilə şəhərlərin formalaşdığını bildirib: "Gənclər ancaq sakinlər deyil, onlar innovasiyanın, dayanıqlı inkişafın aparıcı qüvvələridir. Onların vizyonu, enerji və liderliyi bizim üçün önəmlidir. Çünki şəhər hər birimiz üçündür. Sizin burada iştirakınız yeni həll yollarının formalaşması üçün vacibdir. Bizim cəmiyyətlər çox sürətlə dəyişir. Bu halda transformasiya üzrə iki prioritet var: insan inkişafı və dayanıqlı iqlim məsələləri. Hər iki prioritet enerji, kreativlik və gənclərin liderliyini tələb edir. Biz gələcək onilliklərdə yeni-yeni fikirlər gözləyirik. Gənclər D-8 çərçivəsində dəyişikliklərə, yeni ideyaların formalaşmasına öz töhfələrini verəcəklər. Bu günlərdə siz innovativ həll yollarını irəli sürə, təhsil, məşğulluq məsələlərində öz fikirlərinizi ifadə edəcəksiniz. Gənclərin fikirləri reallığa çevriləcək".

Seçilən
25
3
azertag.az

4Mənbələr