Film, teatr və kino ideologiyanınkütləvi təsiri üçün istifadə olunan ən güclü alətlərdən biridir.
Hər dəfə tarixi, milli qəhrəman təhrif ediləndə və ya mənfi işıqda göstəriləndə, bu həm fərdi, həm də kollektiv psixologiyaya təsir məqsədi daşıyır.
İnsanlar daxildən tarixi , milli şəxsiyyətlətlərə hörmət hissindən uzaqlaşır , öz tarixindən qürur hissini itirir və “başqaları onlardan üstündür” ideologiyasını qəbul etməyə başlayır.
Çünki, insanın mənşəyi onun şəxsiyyətinin bir hissəsidir.
İnsanın öz xalqını təhqir etməsi şəxsiyyətinin aşağılıq kompleksinin göstəricisidir.
Bu kompleks sahibləri özünü başqalarından zəif, ağılsız, bacarıqsız, dəyərsiz olduğunu bilirlər.
Özünü qəbul etməyən belələri çox vaxt ailəsini , mədəniyyətini , xalqını , doğulduğu ölkəsini bir sözlə , kimliyinin bir hissəsi olan hər şeyi qəbul etmir.
Bu, həmin şəxsin özünü müdafiə mexanizmidir , şəxsiyyətsizliyini anlamağın verdiyi daxili ağrını qəbul etməkdənsə, onun bir hissəsi olduğu hər şeyi bütünlüklədəyərsizləşdirməklə özünü kompensasiya yolunu tutub.
Tarixi , ədəbi şəxsiyyətləritəhqir etməklə, xalqınıkiçik göstərməkləözünü üstün, fərqli göstərmək kimiprimitiv bir cəhdidir.
Özü ilə hər üz-üzə qaldıqda, yararsızlığını, zəifliyini hiss etdikdə başqa birini və ya bütöv qrupu kiçiltməklə ört-basdır etməyə çalışır.
Xalqını, cəmiyyətini təhqir etməsi ona qısa müddət də olsa, özünü həmin kimlikdən uzaqlaşdırmağa “kömək” edir.
Ölkəmizdə mədəniyyət, ədəbiyyat nümayəndələri var, hər şəxsiyyət(sizlik)ləri ilə üz-üzə qalanda,daxili ağrılarını xalqını, cəmiyyətini tənqid və təhqir etməklə sakitləşdirirlər.
Fikirləşirlər ki, xalqı, cəmiyyətitənqid və təhqir edəndə bunlar ağıllı, mədəni və ya inkişaf etmiş hesab olunacaqlar.
Bu, əslində özünə verə bilmədiyi dəyərin acısını başqalarından almağa çalışmaqdır.
Və bu təhqirlər obyektiv fikir deyil , müəllifin özünün aşağılıq hissi ilə apardığı mübarizədəistifadə etdiyi özünü müdafiə üsuludur.
Xalqda, cəmiyyətdə aşağılıq kompleksi yaratmaq təşəbbüsləri fərdi kompleksin kollektiv versiyasıdır.