AZ

Sərnişin avtobusu yük maşını ilə toqquşdu: Ölənlər var - FOTO

Türkiyənin Osmaniye şəhərinin Bahçe rayonunda sərnişin avtobusu yük maşını ilə toqquşub.

Bu barədə Avtosfer.az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, qəza nəticəsində altı nəfər ölüb, 11 nəfər yaralanıb.

Yaralılar Osmaniyedəki müxtəlif xəstəxanalara aparılıblar.

Qəza səbəbindən magistral yolun Qaziantep istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tək zolaqla məhdudlaşdırılıb.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

 

Türkiyədə

Türkiyədə

Türkiyədə

Türkiyədə

Seçilən
135
1
avtosfer.az

2Mənbələr