"Santos" ulduz hücumçusu Neymarla müqavilə yeniləmək üçün danışıqlara başlayıb.
Fanat.Az "FootMercato"ya istinadən xəbər verir ki, 33 yaşlı futbolçu indiki klubunda daha bir mövsüm keçirmək istəyir.
Neymar bu ilin yanvarında Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"dan ayrılaraq yetirməsi olduğu "Santos"a qayıtmışdı. Tərəflər arasındakı müqavilənin müddəti bu ayın sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, Neymar cari mövsümdə "Santos"un heyətində 27 matça çıxaraq 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.