AZ

Hakan Fidan: Ukraynada müharibəni dayandırmağın yeganə yolu budur

ain.az, Turkstan.az portalına istinadən məlumat verir.

Türkiyə xarici işlər naziri Hakan Fidan Avropa, eləcə də Rusiya-Ukrayna müharibəsinin tərəfləri və maraqlı ölkələri danışıqlara qoşulmağa çağırıb.

Turkustan.az Teleqraf-a istinadla xəbər verir ki, o, bu məsələdə ABŞ-nin vasitəçiliyinin uğur qazanmaq şansının olduğunu bildirib.

“Bu (ABŞ-nin Ukrayna məsələsində Avropa ilə birbaşa işləmədiyi) şəraitdə Avropa daha dayanıqlı olmaq üçün daha yaradıcı həll yolları axtarmalıdır. Hesab edirəm ki, müharibəni bitirməyin yeganə real yolu danışıqlarda səmimi və qətiyyətli iştirakdır. Hazırda yaxşı vasitəçilik səyləri həyata keçirilir. Ümid edirəm ki, ABŞ-nin vasitəçilik cəhdləri uğura gətirib çıxaracaq, bunun üçün tam imkanlar var”, - nazir deyib.

Hakan Fidan qeyd edib ki, müharibənin davam etməsinə baxmayaraq, qarşılıqlı fəaliyyət və dialoqu davam etdirmək üçün platforma zəruridir:

“Əvvəldən ukraynalı və avropalı dostlarıma bunu (dialoqu davam etdirməyi) məsləhət görmüşəm, bunu ABŞ-dən olan dostlarına da söyləmişəm. Hesab edirəm ki, danışıqlar mühüm imkanlar yaradır. Bunlar müharibəni dərhal dayandırmaya bilər, amma kömək edir, müharibə aparan tərəflər, həmçinin prosesdə maraqlı olan iştirakçılar üçün əlavə imkan və şanslar yaradır”.

Facebook

WhatsApp

Telegram

Twitter

Share

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
2
icma.az

3Mənbələr