AZ

Barselona Ronald Arauxoya görə yanvarda yeni transfer edə bilər

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ronald Arauxo emosional problemlərini həll etməsə, "Barselona" qış "transfer pəncərəsi"ndə yeni müdafiəçi ilə müqavilə imzalaya bilər. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Kataloniya klubu yanvarda transfer planlaşdırmırdı. Lakin uruqvaylı müdafiəçi ilə bağlı vəziyyət rəsmiləri yenidən düşünməyə vadar edib. 

Qeyd edək ki, bu həftənin əvvəlində Arauxo klub rəhbərliyindən emosional gərginlikdən qurtulmaq üçün limitsiz vaxt istəyib. Çempionlar Liqasında "Çelsi" ilə oyundan sonra vəziyyət daha da pisləşib. Müdafiəçi 44-cü dəqiqədə qırmızı vərəqə alıb və Kataloniya təmsilçisi 0:3 hesabı ilə məğlub olub. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
sport24.az

1Mənbələr