AZ

Məhbuslar həbsxana əməkdaşlarını girov götürdü

Niderlandın Şimali Brabant əyalətindəki həbsxana xəstəxanasında məhbuslar bir neçə həbsxana əməkdaşını girov götürüblər. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV-də məlumat qeyd olunub. 

Məlumata görə, insident həbsxana xəstəxanasının psixi sağlamlıq şöbəsində, ən təhlükəli cinayətkarların saxlandığı xüsusi mühafizə zonasında baş verib.

Hadisə yerinə xüsusi təyinatlılar cəlb olunub. Ədliyyə və Təhlükəsizlik Nazirliyi hadisənin həbsxana daxilində baş verdiyini, heç bir məhbusun qaçmadığını və xarici axtarışların aparılmadığını bildirib. Əlavə məlumat verilməyib. 

Ağarza Elçinoğlu 

Seçilən
74
1
unikal.az

7Mənbələr